Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Türkiyənin Minsk qrupunda varlığı...”  - Brüssel görüşündən nə gözlənilir?
09 Dek 2021 09:00
1559

“Türkiyənin Minsk qrupunda varlığı...” - Brüssel görüşündən nə gözlənilir?

Soçi görüşündən sonra Azərbaycan və Ermənistan XİN rəhbərləri Stokholmda görüşməli idi. Lakin Azərbaycan tərəfinin bu görüşdən imtinasından sonra bəzi analitiklər 15 dekabr Brüssel görüşünü Aİ-nin vasitəçilik təşəbbüsünü ələ alma cəhdi kimi qiymətləndirirlər. Lakin Azərbaycan üçün bu tip görüşlərdə çatışmazlıq Türkiyənin masada yoxluğudur.

Yenisabah.az-ın suallarını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İlyas Hüseynov bildirib ki, Soçi görüşündə, hətta 10 noyabr bəyanatında, eləcə də 11 yanvarda keçirilmiş Moskva görüşündə Türkiyə masada yoxluğu bu sıra sualları da doğurub:

“Digər tərəfdən, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı irəli sürülən tezislər həm də onu deməyə əsas verir ki, Türkiyə bu və ya digər formada regionda gedən proseslərdə iştirak edir. Lakin Stokholmda planlaşdırılan XİN rəhbərlərinin görüşünün baş tutmamasınına səbəbkarı elə Ermənistandır. Çünki görüşün keçiriləcəyindən bir neçə saat öncə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi zonaya erməni parlamentarilər səfər edib və bu görüşün əhəmiyyətini aşağı salmaqla yanaşı, təxribatçı addımı kimi də dəyərləndirilib.

Bu baxımdan, Azərbaycan tərəfi haqlı olaraq danışıqlardan imtina edib. Lakin ümumən Azərbaycan danışıqları inkar etmir. Danışıqlar eskalasiya riskinin aşağı düşməsinə, siyasi atmosferin bərqərar olunmasına xidmət etməlidir”.

İlyas Hüseynov Brüssel görüşünün əhəmiyyətinə də toxunub:

“Şarl Mişelin təşəbbüsü ilə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində nəzərdə tutulan liderlərin görüşü üçtərəfli Soçi görüşündən sonra böyük əhəmiyyət daşımır. Çünki əsas prioritet humanitar məsələlərin həlli olacaq: minalanmış ərazilərin xəritələri, erməni əsilli məhbusların təhvil verilməsi və s.”

Siyasi şərhçi vurğulayıb ki, Türkiyənin danışıqlar masasında iştirakı vacibdir:

“Türkiyənin ATƏT-in Minsk qrupu üzvüdür dövlətidir. ATƏT-in Minsk qrupu çərçivəsində hər hansısa qərarlar qəbul olunacaqsa, Türkiyənin sözü burada həlledici olacaq”.

Rafi MÜSLÜMOV

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər