UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına start verilib.
"Yeni Sabah" xəbər verir ki, bu mərhələnin ilk qarşılaşması "Qalatasaray" doğma meydanda "Yuventus"la qarşılaşıb.
Görüşün ilk hissəsi Turin təmsilçisinin 1:2 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə isə Okan Burukun yetirmələri rəqib qapısından dörd qol keçirərək yekun hesabı müəyyənləşdiriblər - 5:2. Dominos pizza
Qeyd edək ki, Xuan David Kabal 67-ci dəqiqədə ikinsi sarı vərəqəni alaraq "Yuventus"u azlıqda qoyub
Tərəflər arasında cavab görüşü fevralın 25-də keçiriləcək.
Telegram kanalımız