“Universitatya” – “Səbail” matçının hakimləri bəlli oldu
15 İyl 2019 15:13
124

“Universitatya” – “Səbail” matçının hakimləri bəlli oldu

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail" və "Universitatya" komandaları arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, Rumıniyadakı görüş islandiyalı hakimlər briqadasına tapşırılıb.

Matçı Helgi Mikael Yonasson idarə edəcək. Onun köməkçiləri Yohann Qudmundsson və Bringeir Valdimarsson olacaq. Dördüncü hakim funksiyasını isə İvar Orri Kristyansson yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Universitatya" - "Səbail" oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında paytaxtımızda keçirilən ilk matç təmsilçimizin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

 

 

Oxşar xəbərlər