Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Vasif Talıbov Şeyxin kitabına sponsorluq edib
02 Avq 2021 13:46
1358

Vasif Talıbov Şeyxin kitabına sponsorluq edib

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “Qan yaddaşı” adlı kitabı çapdan çıxıb.

 Bu barədə Yenisabah.az-a Xalq artistinin özü məlumat verib. Onun sözlərinə görə, kitab erməni yalanlarının ifşasından bəhs edir.

“Bu kitabı sənədlər əsasında yazmışam. Orada dünyanın müxtəlif ölkələrinin tanınmış simaları ermənilərin yalanlarını ifşa edir. Kitabda yüzlərlə sənəddən istifadə edilib”, - deyə Şeyx Əbdül Mahmudbəyov bildirib.

Xalq artisti əlavə edib ki, kitabın nəşrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dəstək verib. “Bakıda kimə müraciət etdimsə, yaxın durmadı. Sağ olsun Vasif müəllim yardım etdi. İndi mən Vasif müəllimə müraciət hazırlayıram ki, kitabın müxtəlif dillərə təcümə edilməsinə yardımçı olsun. Qoy bütün dünya ermənilərin yalanlarının şahidi olsun. Özü də elə onlara dəstək verən bəzi ölkələrin tanınmış simalarının dili ilə”, - deyə o, vurğulayıb.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər