“Kişineuda keçirilən beştərəfli görüşdən sonra əldə olunan ən mühüm razılıqlardan biri iyunun 12-də ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində danışıqların davam etdirilməsi idi. Digər tərəfdən, iyunun 21-də Brüssel formatında ali səviyyədə üçtərəfli görüş olacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O, Vaşinqton görüşünün təxirə salınması ilə bağlı məlumatı şərh edib:
“Vaşinqtonda keçiriləcək görüşün anons edilməsi həm də o anlama gəlir ki, ABŞ Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik prosesində önəmli geosiyasi aktordur".
Onun fikrincə, təxirə salınma barədə ABŞ-ın hər hansısa bəyanatı yoxdur:
“Ermənistan tərəfinin belə qaçaraq xəbər paylaşılması danışıqlar prosesinə zidd və diplomatik etikadan kənardır. Fikrimcə, görüş baş tutmazsa, Rusiya sülhməramlılarının olduğu bölgədə atəşkəsin pozulması, həm də Ermənistan-Azərbaycan şərti sərhədində periodik olaraq mövqelərimizin atəşə tutulması əsaslı bir səbəb ola bilər”.
Siyasi təhlilçiyə görə, Azərbaycan danışıqlara çox açıq, şəffaf və səmimi yanaşırıq, danışıqlardan nəticə gözləyirik:
“Danışıqlar sülh müqaviləsinə və regiondakı sülhə hesablanıb. Lakin görürük ki, ardıcıl olaraq Ermənistan tərəfi regionda sülhü pozur və bununla da kövrək atəşkəs rejimini dağıtmaq niyyətindədir.
Əgər danışıqlar hər hansı bir məntiqi nəticəyə çatmayacaqsa, habelə Ermənistan ardıcıl olaraq öz təxribatlarını davam etdirərək, bir sıra fundamental və mühüm əhəmiyyət kəsb edən məsələlərdə israr edib mənasız təkidini davam etdirəcəksə, danışıqların bir anlamı olmayacaq.
Azərbaycan ərazisində hələ də Ermənistan Silahlı Qüvvələrinin bölmələri qalır, hələ də Ermənistan Azərbaycanın daxili işinə qarışır, Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiya prosesinə və beynəlxalq müstəvidə Azərbaycana qarşı şər-böhtan kampaniyasını davam etdirir”.
“Ermənistan tərəfi beynəlxalq müstəvidə Laçın yolu üzərindəki nəzarət-buraxılış məntəqəsinin qurulması ilə sanki “Azərbaycan etnik erməniləri sıxışdırır, onları bölgədən çıxarır, təmizləmə siyasəti həyata keçirir kimi” bu cür həqiqətə uyğun olmayan tezisləri irəli sürür. Bu, tamamilə yolverilmzədir.
Rəsmi bakı Ermənistanın davranışlarını diqqətlə izləyir. Ermənistan danışıqlarda ardıcıl, səmimi və məntiqli davranmalıdır, lakin biz tamamilə əksinin şahidi oluruq”, – deyə İ. Hüseynov fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız