Vilayət Eyvazovdan rəis təyinatı

Vilayət Eyvazovdan rəis təyinatı
İyul 9, 2019 16:15
Oxunma sayı: 7443

Daxili İşlər Nazirliyində yeni təyinat baş tutub.

“Yeni Sabah” xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər, Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə Anar Tofiq oğlu İmamquliyevi yeni rəis təyin edib.

Qeyd edək ki, Anar İmamquliyev bu vəzifəyə qədər DİN Baş İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi olub.

Yenisabah.az