Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Vilayət Eyvazovdan yeni təyinat
19 Sen 2021 11:24
660

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Yenisabah.az xəbər verir ki, əmrə əsasən, Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Rübai Valehov vəzifəsindən azad edilib və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmış polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunmuşdu.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər