“Virus birbaşa ağciyərə keçib” - Həyat yoldaşı Rüştünün səhhətindən danışdı
02 Apr 2020 16:54
365

“Virus birbaşa ağciyərə keçib” - Həyat yoldaşı Rüştünün səhhətindən danışdı

Koronavirusa yoluxan Türkiyə millisinin keçmiş qapıçısı Rüştü Recber hələ də reanimasiyadadır.

Yenisabah.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Işıl Reçber məlumat verib.

“Rüştünün müalicəsi davam edir. Hərarəti nəzarət altına alınıb. Vəziyyəti yaxşıya doğru gedir. Rüştüdə xəstəlik anidən üzə çıxdı. Virus birbaşa ağciyərə keçibmiş. Tənəffüs çatışmazlığı olduğu üçün həkimlər dərhal müdaxilə etdi. Yoldaşım hələ də reanimasiyadadır”, - deyə futbolçunun xanımı bildirib.

Oxşar xəbərlər