16 Avqust - 04:55
Xalq artistinə tərs sual: “300 min hara getdi?”  - Video

Xalq artistinə tərs sual: “300 min hara getdi?” - Video

Mədəniyyət

22 İyun 2022 10:26 17924


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, Xalq artisti Əbdül Mahmudovdan təmsil etdiyi quruma ayrılan 300 min manatın hesabatı istənilib.

Yenisabah.az xəbər verir ki, yazıçı Ömər Xəyyam Xalq artistindən ötən il İttifaqa ayrılan 300 min manatın hesabatını istəyib.

Əbdül Mahmudov isə maliyyə məsələləri ilə məşğul olmadığını qeyd edib:

“Mən maliyyə ilə məşğul olmuram, kino ilə bağlı sizi nə maraqlandırırsa, cavablayım. Bilsəydim ki, sizi maliyyə maraqlandırır, mühasibi çağırardım”.

Daha sonra xalq artisti Azərbaycanda kinematoqrafçıların çətin şəraitdə işlədiklərini bildiirb. Deyib ki, Hollivud rejissorları Azərbaycanda bir süjet belə çəkə bilməzlər. Ə.Mahmudbəyov bunu kinematoqrafiya üçün şəraitin ürəkaçan olmaması ilə əlaqələndirib:

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!