YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Xankəndi, Xocalı, Ağdərə yurisdiksiyamıza keçsə, Rusiya...” - Açıqlama

“Xankəndi, Xocalı, Ağdərə yurisdiksiyamıza keçsə, Rusiya...” - Açıqlama

Siyasət

24 Sentyabr 2022 18:17 18889


10 noyabr üçtərəfli bəyanat-razılaşmasından bəri keçən iki ilə yaxın müddətdə baş verən hadisə və proseslər,  xüsusən də iki tərəf arasındakı qarşılıqlı nifrət potensialını daha da dərinləşdirmiş Ermənistan-Azərbaycan sərhədindəki son qanlı qarşıdrumadan sonra aydın olur ki, bu gedişlə Rusiya “sülməramlı” hərbi kontingenti hüquqi-tarixi Azərbaycan ərazilərimizdən çıxarılmamış Xankəndi, Xocalı və s. məntəqələrimizin birbaşa yurisdiksiyamıza keçirilməsi də mümkün olmayacaq. Bəs görəsən siyasi analitiklər bu haqda nə düşünür?

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında  mövzu ilə bağlı bunları söyləyib: 

"Rusiyanın dırnaqarası “sülhməramlı”larının nəzarətində qalan Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər bu gedişlə, yəni bəhs edilən kontingent burada ikən Azərbaycanın nəzarəti altına keçməyəcək. Ən azı, ona görə ki, belə bir addım atılacağı halda Rusiya ilə Azərbaycanın Ermənistana qarşı mövqeləri üst-üstə düşsə belə, bu, Rusiyanın maraqlarına zidd olacaq. Ona görə zidd olacaq ki, həmin bölgələrin Azərbaycanın yurisdiksiyasına keçməsi Qarabağ münaqişəsinin birdəfəlik həll edilməsidir. Məlumdur ki, bu halda oradakı erməni əhali birdəfəlik çıxıb gedəcək. Və yalnız Azərbaycana etnik təmizləmə və s. kimi mövzularda təzyiqlər ediləcək. Amma eyni zamanda bunlarla paralel Rusiya da bölgəni tamamilə tərk etməli olacaq. Və xüsusilə də nəzərə alsaq ki, bu gün Rusiyanın özünün Ermənistanda hərbi-siyasi mövcudluğu sual altına düşüb. Bu baxımdan, əlbəttə ki, Kreml Qarabağı nəinki tərk etmək haqda düşünəcək, buralarda daha da möhkəmlənməyə çalışacaq..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!