Xankəndidə savaş atmosferi  - “Yeraltı sığınacaqlar hazırlayırlar”

Xankəndidə savaş atmosferi - “Yeraltı sığınacaqlar hazırlayırlar”

Bölgə

18 Mart 2023 18:56 3318


Qarabağın dağlıq hissəsindəki erməni separatçıları hərbi vəziyyət üçün nəzərdə tutulan yeraltı sığınacaqları qaydaya salmağa başlayırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyanın dünən Xankəndidə “hərbi qurumların rəhbərləri” Mexak Arzumanyan, Samvel Qriqoryan, Qriqori Saakyan və Armen Gevorqyanın iştirakı ilə toplantı keçirdiyini bildirib.

“Toplantıda humanitar məsələlərin müzakirəsi ilə yanaşı, sığınacaqların qaydaya salınmasının zəruriliyi də müzakirə olunub. Bu müzakirənin səbəbi nədir: yeni eskalasiyaya hazırlaşırlarmı? Mənbəmiz deyir ki, hərbi vəziyyət şəraitində sığınacaq problemi həmişə diqqət mərkəzində olmalıdır”, - məlumatda qeyd olunub./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!