XDMX-nin əməkdaşı arvadı ilə birləşib bacısı qızını döydü - Video
22 Sen 2020 21:28
984

XDMX-nin əməkdaşı arvadı ilə birləşib bacısı qızını döydü - Video

Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində 24 yaşlı Nurməmmədova Ülkər Sadiq qızı yaxın qohumları tərəfindən döyülüb.  

Yenisabah.az bildirir ki, U.Nurməmmədovanın Unikal.org-a verdiyi məlumata görə, sentyabr ayının 20-də anası ilə Nardaran qəsəbəsində babasına məxsus bağ evindən özlərinə aid əşyaları götürməyə gedib. Orada isə dayısı Əliyev Fuad İbrahim oğlu həyat yoldaşı Esmiraldo Şəkinskaya ilə onun üz və bədən nahiyələrinə müxtəlif bədən xəsarətləri yetiriblər. 

Qeyd edək ki, Fuad İbrahimov ləğv olunan Xüsusi Dövlət Mühafizə Xidmətinin təqaüdə çıxan zabiti, həyat yoldaşı Esmiraldo Şəkinskaya isə həmin qurumda dəftərxana müdiri vəzifəsində çalışır. 

Bundan sonra Ü.Nurməmmədova DİN-nin 102 "qaynar xətti"nə müraciət edib və Sabunçu RPİ-nin 42-ci Polis Bölməsində təhqiqatçı Bəhram Bəhramov izahat verib. Xəsarət dərəcələrinin müəyyən olunması ilə bağlı isə məhkəmə tibbi-ekspertizasından keçib. Zərərçəkənin sözlərinə görə, qarşı tərəfdən tələbi odur ki, üz nahiyəsinin əvvəlki formasına qaytarılması üçün müalicə xərclərini boynuna götürsün. Cavabdeh tərəf olan Fuad İbrahimov isə həyat yoldaşı və 1 yaşlı uşağının bacısı və qızı tərəfindən hücuma məruz qaldığını bildirdi. Onun sözlərinə görə, heç bir yerə şikayət etməyib, həkim müayinəsindən də keçməyiblər. Ancaq yoldaşı və uşağı ciddi xəsarət alıb, belə ki, uşağında baş-beyin silkələnməsi aşkar olunub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər