Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
19 Apr 2021 11:56
1339

Xocavənd yolunda işlər yekunlaşır - FOTOLAR

Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir.

Agentlikdən Yenisabah.az-a verilən məlumatda qeyd edilir ki, uzunluğu 41 km olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür.

Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlandı. Layihəyə uyğun olaraq yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına start verildi. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yolları idi.

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 km-lik yolun, həmçinin kəndin 5.6 km-lik daxili yollarının yenidən qurulmasına başlanıldı.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə söküldü, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarıldı, ardınca yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr dolduruldu, torpaq yatağının bərpası işləri görüldü.

Yollar boyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirildi.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparıldı.

Beləliklə qeyd edilən 10 km-lik Avşar kəndinə gedən yol aşınma lay asfalt-beton örtüyünə qədər olmaqla inşa edildi. Həmçinin 5.6 km-lik Avşar kəndin daxili yollarında yol yatağının tikintisi tam olaraq yekunlaşdırılaraq asfalt örtüyü vurulması üçün hazır vəziyyətə gətirildi.

Hazırda dövlət başçısının Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisinin yekunlaşdırılması ilə bağlı imzaladığı əlavə tədbirlər haqqında Sərəncamına əsasən, sözügedən layihə üzrə işlər sonuncu mərhələdə davam etdirilir.

Belə ki, Salmanbəyli kəndinə gedən 8 km-lik yolun və sözügedən kəndin 2.9 km-lik daxili yollarının yenidənqurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Yaxın günlərdə Avşar kəndinin 5.6 km-lik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da start veriləcək.

Ardıcıllıqla isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9.4 km-lik yollarında, həmçinin sözügedən kəndlərin 5.1 km-lik daxili yollarında davam etdiriləcək.

Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəyi və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işlərinin nəticəsində həmin ərazidə yaşayan 14 min vətəndaşımız respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.

Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Xocavənd yolunda işlər yekunlaşır -  FOTOLAR
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər