YAP bayram tədbiri keçirdi

YAP bayram tədbiri keçirdi
İyun 14, 2019
Oxunma sayı: 95

Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın müasir tarixi ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmişdi, o zamankı hakimiyyət Azərbaycan üçün təhlükə mənbəyi idi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bütün bunlar Azərbaycan cəmiyyətini çox ciddi narahat edirdi.

Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Sonra YAP icra katibinin müavini, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar məruzə ilə çıxış edib.

YAP bayram tədbiri keçirdi