4 İyul - 04:30
YAP-çı deputat İlqar Məmmədova təşəkkür etdi

YAP-çı deputat İlqar Məmmədova təşəkkür etdi

Siyasət

26 May 2022 11:30 641


Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Musa Quliyev sosial şəbəkədə REAL partiyasının sədri İlqar Məmmədova təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, buna səbəb REAL sədrinin Urud kəndi qəbirstanlığından paylaşdığı fotolar olub. M. Quliyev bildirib ki, İlqar Məmmədovun sosial şəbəkələrdə Urud qəbristanlığı barədə bir paylaşımı diqqət mərkəzində olub: 

“İngiltərədən olan fars əsilli bir səyyahın tviterdə qeydləri əsasında İlqar bəyin paylaşımı dağıdılmış Urud qəbristanlığındakı məzar daşlarının fotoları barədə idi. İlqar bəyin zənni düzdür. Fotodakı məzar daşlarından biri mənim mərhum atamın qəbirüstü abidəsinə aiddir. Digər baş daşıları da bizim qohumlar və həmkəndlilərimizə məxsusdur. 

Urud qəbristanlığı ilə bağlı paylaşımına görə hörmətli İlqar bəyə təşəkkürümü bildirirəm. Təəssüf ki, işğal altındakı bütün yurdlarımızda qəbristanlığımız belə vandallığa məruz qalıblar.

2006-cı ildə mən Uruda getmişəm və dağılmlış qəbristanlığı gözlərimlə görmüşəm. 14-16- ci əsrlərə məxsus qədim alban-türk məzarüstü abidələrin biri də salamat qalmayıb.

Allah bütün mərhumlarımıza rəhmət eləsin. İnşallah bir gün qayıdıb bərpa edərik, kəndlərimizi də, məzar daşlarımızı da. Ata-babalarımızın sərgərdan ruhları da o zaman rahatlıq tapacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!