“Yazın ki...” - “Sabah”la adı hallanan türkiyəli məşhur Bakıya gəlir?

“Yazın ki...” - “Sabah”la adı hallanan türkiyəli məşhur Bakıya gəlir?
Okt 9, 2019 11:14
Oxunma sayı: 80

Bakının “Sabah” klubu ilə adı çəkilən Suat Kaya maraqlı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, “Sportinfo”ya danışan 52 yaşlı mütəxəssis paytaxt təmsilçisindən təklif gəlidiyini gizlətməyib və  15 gündür ki, danışıqlar aparıldığını bildirib:

“Mən tam olaraq, işin içində deyiləm. Hər şey sabah bəlli olacaq. 15 gündür danışıqlar gedir. Xəbər gözləyirəm. Deyəsən, sabah bilinəcək. Alınsa, sevə-sevə gələcəyəm və işləməyə başlayacam. Menecerlər öz aralarında danışırlar. Qarşı tərəfdən istək var. Hazırda “Sakaryaspor”u çalışdırıram. Onlar öz aralarında anlaşsalar, buradan ayrılıb “Sabah”a gələcəm”.

Təcrübəli çalışdırıcı “Sabah”ın oyunlarını izlədiyini və alınacağı təqdirdə burada çalışmaq istədiyini də vurğulayıb:

“Bir həftə maraqlandım, oyunlarını izlədim. Komanda çempionatda sonuncu pillədədir. Hədəfi yuxarı pillələrə qalxıb, avrokuboklarda iştirak etməkdir. Bunu bilirəm. Mən çətin işi sevirəm. Uzunmüddətli işləməyə namizədəm. Alınsa, “Sabah”a gəlmək istəyərəm”.

Bakıda çoxlu “Qalatasaray” azarkeşi olduğu xatırladılan suala S.Kaya gülərək bu cavabı verib:

“Onda yazın ki, Suat hoca gəlmək istəyir”.

 

Yenisabah.az