"Tanrıya sizə verdiyi nemətlərə görə şükr edin!" - Yeni deputat
23 Fev 2020 11:06
5642

"Tanrıya sizə verdiyi nemətlərə görə şükr edin!" - Yeni deputat

Fevralın 9-da keçirilən parlament seçkilərində 120 saylı Cəbrayıl seçki dairəsindən lider namizəd, İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov gənclərə və tələbələrə çağırış edib. "Yeni Sabah" xəbər verir ki, o öz çağırışında 10 tövsiyə səsləndirib. Yeni deputatın tövsiyələrini təqdim edirik: 1. 1 saniyəsini belə geri qaytarmaq mümkün olmayan zamanın dəyərini bilin. 2. Tanrıya sizə verdiyi nemətlərə görə şükr edin. 3. Valideynlərinizi dəyərini bilin. Onların sizinlə nəfəs aldıqlarını unutmayın. 4. İnsanları sevin, onlara dəyər verin. 5. Səbr və təmkin kimi fəzilətli xüsusiyyətlərə yiyələnin. 6. Təkəbbürdən və özündənrazılıqdan uzaq olun. 7. Xeyirxah və yardımsevər olun. 8. Zahiri gözəllik qədər daxili gözəlliyə də önəm verin. 9. Sağlamlığınızın dəyərini bilin. 10. Daha güclü olmaq üçün iradənizi gücləndirin.

Oxşar xəbərlər