Yurçeviç komanda azlığından şikayətləndi: “Pis görsənir” - Video

Yurçeviç komanda azlığından şikayətləndi: “Pis görsənir” - Video
Sent 17, 2019 15:45
Oxunma sayı: 88

Milli komandamızın baş məşqçisi Nikola Yurçev İctimai Televiziyanın “Bol İdman” verilişinin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, xorvatiyalı mütəxəssis milli komanda, AFFA ilə seçmə mərhələnin sonu başa çatacaq müqaviləsi, eləcə də “Qarabağ”ın Avropa Liqasında keçirəcəyi oyunlar haqda fikirlərini bildirib.

O, Azərbaycan futbolunun səviyəssi haqqında fikirlərini bu cür ifadə edib:

“Məncə, ölkədə yaxşı səviyyəli futbolçular və futbol var. Amma dünyada rəqabət daha güclüdür. Ümumi fonda baxanda bizdə olan yaxşı futbolçular və futbol 100-cü yerdə görsənir. Yuxarıdandan baxanda 100-cü yerlər pis görsənir. Amma 180 civarında ölkə var və aşağıdan baxdıqda nəticə daha yaxşı görsənir. Liqa kiçikdir, klubların sayı azdır, oynayanlar azdır. Daha çox seçim etmək üçün liqadakı komandaların sayı artsa, yeniyətmələr arasından daha çox sayda keyfiyyətli oyunçular ortaya çıxsa, yaxşı nəticələrə istiqamətlənmək olar”.

 

Yenisabah.az