“Yuventus” Sarrini istefaya göndərdi
08 Avq 2020 19:15
345

“Yuventus” Sarrini istefaya göndərdi

"Yuventus" baş məşqçi Mauritsio Sarrini istefaya göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.  61 yaşlı mütəxəssis "Yuventus"a 16 iyun 2019-cu ildən rəhbərlik edirdi.

Onun rəhbərliyi altında komanda ardıcıl 9-cu mövsüm İtaliya çempionluğu əldə edib. Lakin ölkə kubokunun finalında "Qoca Sinyora" "Napoli"yə uduzub.

Turin təmsilçisi Çempionlar Liqasının 1/8 finalında isə Fransa "Lion"u ilə bacarmayıb. "Yuventus" səfər qolu prinsipi əsasında mübarizədən kənarlaşdırılıb - 0:1, 2:1.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər