"Yuventus"un hücumçusundan şok hərəkət: Məşqçini vurdu - Video

Sent 17, 2019 19:24
Oxunma sayı: 154

İtaliyanın "Yuventus" komandasının futbolçusu Qonzalo İquain Çempionlar Liqasının qrup mərhələsinin I turunda İspaniya "Atletiko"su (Madrid) ilə qarşılaşacaqları matçdan öncə məşq zamanı əsəblərini cilovlaya bilməyib. 

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı hücumçu topa çata bilməyib və köməkçi məşqçilərdən birinin dizinə vurub. Argentinalı oyunçu daha sonra reklam lövhəsinə vurmağa başlayıb. Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib. 

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Atletiko" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Yenisabah.az