Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşları üçün viza rejimi ilə bağlı petisiyanı dəstəkləyib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, Prezident Zelenski Baş nazir Denis Şmıqala bu məsələyə baxmağı tapşırıb.
“Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejiminin gücləndirilməsinin tərəfdarıyam”, - Zelenskinin adından yayılan açıqlamada qeyd olunub.
Telegram kanalımız