YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Zəngəzur dəhlizi:  “Paşinyan bu addımda səmimidir, deyiləni edəcək”

Zəngəzur dəhlizi: “Paşinyan bu addımda səmimidir, deyiləni edəcək”

Siyasət

24 Noyabr 2022 17:28 1430


“Paşinyanın bu bəyanatı, bir növ, məlum olana heç nə əlavə etmir. Onsuz da gec-tez bu addım atılmalıydı. Bu məsələdə güman ki, ABŞ-ın təzyiqi daha çox rol oynayıb, çünki Paşinyan ABŞ-ın əlaltısı sayılır, Birləşmiş Şttalrdakı erməni lobbisinin sözüylə oturub-durur. Məlumdur ki, ABŞ da dəhlizin açılmasında maraqlıdır və Azərbaycanın təkliflərini nəzərə alır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Azər Qasımov deyib.

O, Ermənistanın Baş nazirinin “Yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir” açıqlamasına münasibət bildirib.

Siyasi təhlilçinin sözlərinə görə, Paşinyan bəzi zəmanətlər almaq istəyirdi:

“Amma Paşinyan bu addımda səmimidir və deyiləni edəcək. Qalır kənar qüvvələrin – Rusiya və İranın hansısa maraqlarının üst-üstə düşməsi. İran hansısa narazılıqlar yarada bilər, amma İrandaxili proseslərin gedişatının, Azərbaycanın İrana göstərdiyi münasibətin İranı çəkindirməsi ehtimalı var. Rusiya isə düşdüyü duruma görə Zəngəzur dəhlizi ilə bağlı müsbət addım ata bilər. Amma onun əsas marağı təkcə Qarabağdadır və dəhliz məsələsində elə də ciddi problemlər yaratmır”.

A.Qasımov əlavə edib: “Bu baxımdan, Paşinyanın məsələyə reaksiyasını müsbət qiymətləndirmək olar, lakin erməni xislətinə inanmaq hələ tezdir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!