“Zirə“ “Qarabağ“ın futbolçusunu aldı 
01 Avq 2020 12:51
333

“Zirə“ “Qarabağ“ın futbolçusunu aldı 

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu "Qarabağ"ın oyunçusu Hacıağa Hacılını icarəyə götürüb. 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Zirə" bundan əvvəl Klessio Bauk, Rəşad Eyyubov, Kərim Diniyev, Sərtan Taşqın, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Ayxan Süleymanlı və Lazar Corceviçi heyətinə qatmışdı.

“Zirə“ “Qarabağ“ın futbolçusunu aldı 
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər