250 erməni əsgəri təslim olub – Türkiyə mediası

saytların hazırlanması

Evə çatdırılma

250 erməni əsgəri təslim olub – Türkiyə mediası

Hadisə

06 Oktyabr 2020 15:29 47000


Sentyabrın 27-dən Qarabağda başlayan yeni eskalasiya Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ilə davam edir. 

Yenisabah.az xəbər verir ki, 10 gündür davam edən döyüşlərdə Azərbaycan silahlı qüvvələri xeyli ərazini işğaldan azad edib, düşmənin çoxlu sayda canlı qüvvəsi və zirehli texnikası məhv edilib. Cəbhədən gələn xəbərlər deməyə əsas verir ki, Azərbaycan Ordusu cəbhə bölgəsində inamla irəliləməkdə davam edir.

Artıq Ermənistan tərəfi də itkilərini etiraf etmək məcburiyyətində qalıb.

Bu arada Türkiyənin A Haber telekanalı məlumat yayıb ki, sentyabrın 27-dən bu yana Ermənistan silahlı qüvvələrinin əsgərləri Azərbaycan Ordusuna təslim olmağa başlayıb. “Bu bölgədə ermənilərin itkiləri hər keçən dəqiqə, hər keçən saniyə artır. Şanlı Azərbaycan Ordusu bölgədə irəliləyir. Bu günə qədər 250 erməni əsgər əsir alınıb”, - deyə telekanalın əməkdaşı hazırladığı reportajda bildirib.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!