Sumqayıtdan növbəti yardım Çinin Sian şəhərinə yola düşdü
13 fevral 2020 09:17
114

Sumqayıtdan növbəti yardım Çinin Sian şəhərinə yola düşdü

Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.
"Yeni Sabah" xəbər verir ki, Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında ciddi çətinliklər yaşanır.
Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.
Mienyen şəhəri ilə yanaşı bu gün Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sian şəhərinə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100ml-lik spirt göndərilib.
Qeyd edək ki, bu günə olan məlumata görə Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb.
Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.
Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nǝfǝrǝ yüksәlib.
Yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.
Sumqayıtdan növbəti yardım Çinin Sian şəhərinə yola düşdüSumqayıtdan növbəti yardım Çinin Sian şəhərinə yola düşdüSumqayıtdan növbəti yardım Çinin Sian şəhərinə yola düşdü

Yenisabah.az

Oxşar xəbərlər