60 yaşlı erməni özünü körpüdən atdı

saytların hazırlanması

Evə çatdırılma

60 yaşlı erməni özünü körpüdən atdı

Dünya

10 İyul 2020 16:10 1256


Son vaxtlar Ermənistanda intihar halları intensiv xarakter alıb.

Yenisabah.az xəbər verir ki, Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinə İrəvandakı Kiyev körpüsündən bir vətəndaşın özünü ataraq intihar etdiyi barədə məlumat daxil olub. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Qüvvələrinin xüsusi təyinatlı xilasetmə mərkəzinin xilasedici dəstəsi gəlib. Bir vətəndaşın cəsədinin Hrazdan çayında olduğu ortaya çıxıb. Xilasedicilər təxminən 60 yaşlı bir kişinin cəsədini çaydan çıxarıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!