80 nömrəli məktəbdən şikayət: “200-300 manat tələb olunur”

saytların hazırlanması

Evə çatdırılma

80 nömrəli məktəbdən şikayət: “200-300 manat tələb olunur”

Sosial

06 Oktyabr 2026 14:23 103


Sosial şəbəkədəki anonim paylaşımda 80 nömrəli tam orta məktəbin direktoru barəsində iddialar irəli sürülüb.

“Yeni Sabah” xəbər verir ki, həm həmin təhsil müəssisəsində pedaqoq kimi çalışan, həm də övladı orada təhsil alan müəllim məktəb rəhbərliyinin pedaqoji heyətə və şagirdlərə kobud, alçaldıcı münasibət göstərdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, direktor hər il müxtəlif bayramlarda, o cümlədən 5 Oktyabr Müəllimlər Günündə hər müəllimdən 200-300 manatlıq zərf tələb olunur. BUndan başqa, Yeni İl, ad günləri, Zəfər Bayramı və Novruz kimi günlərdə də əməkhaqlarından məcburi pul yığılması üçün təzyiqlər edilir. pizza

Müraciətdə rəhbərliyin müəllimləri şagirdlərin gözü qarşısında təhqir etdiyi, dərs zamanı sinfə daxil olaraq qışqırdığı və pedaqoji etikaya zidd ifadələrlə mənəvi təzyiq göstərdiyi qeyd olunub.

Yaranmış acınacaqlı vəziyyətdən həm müəllim kollektivinin, həm də valideynlərin ciddi şəkildə narazı olduğunu vurğulayan şikayətçi məsələnin rəsmi müstəvidə araşdırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət etməyə hazırlaşdığını diqqətə çatdırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!