Ağdamda 5 erməni hərbiçisi öldü -   Partlayış

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda 5 erməni hərbiçisi öldü - Partlayış

Kriminal

25 May 2019 17:31 2076


Ermənistan ordusunun təlimi faciə səbəbi ilə yarımçıq dayandırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu gün işğalçı Ermənistan ordusunun 10-cu dağ atıcı diviziyasının tərkibində yerləşən 41-ci artilleriya alayının 1-ci diviziyonunda 152 mm-lik D-20 topu partlayıb.

Təlim zamanı baş verən partlayış nəticəsində 3 əsgər, 2 zabit həlak olub. Bir yüksək rütbəli zabit və bir gizir ağır yaralanıb.

Partlayış Ağdam rayonunun işğal altında olan Uzundərə adlanan ərazisində baş verib və hadisədən sonra hərbi təlimlər dayandırılıb.

Xatırladaq ki sözü gedən hərbi hissə keçmiş Ağdərə rayonunun Nerkin Oratax kəndi ərazisinə yerləşir.

Miq.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!