Ağdamın 3 kəndində sakinlərlə torpaq paylanılır

saytların hazırlanması

Evə çatdırılma

Ağdamın 3 kəndində sakinlərlə torpaq paylanılır

İqtisadiyyat

02 Sentyabr 2026 14:25 46


Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əkinçiliklə məşğul olmaq istəyən sakinlər üçün torpaq ayrılması prosesinə start verilib.

 “Yeni Sabah” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahalərinin istifadəyə verilməsi ilə bağlı müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən qəbul edilir.

Həmin kəndlərdə daimi qeydiyyatda olan və məskunlaşan sakinlərin müraciət mərhələsi sentyabrın 1-dən başlayıb və oktyabrın 1-i saat 23:59-a qədər davam edəcək. pizza

Prosesin növbəti mərhələsində - oktyabr ayından etibarən müraciəti təsdiqlənən şəxslərə xüsusi təlimlər keçiriləcək, onlarla icarə müqavilələri bağlanacaq və sahələr yerində təhvil veriləcək. Torpaqların icarə müddəti birillik bitkilərin və yoncanın əkini üçün 2 il, çoxillik əkmələr üçün isə 5 il müəyyənləşdirilib. Torpaqdan səmərəli istifadə olunarsa, müqavilə müddətinin uzadılması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!