Bakıda supermarketdə erməni konfetləri satılır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda supermarketdə erməni konfetləri satılır

Xalqın səsi

13 Yanvar 2020 05:49 2066


Sosial şəbəkələrdə marketlərin birində Emənistan istehsalı olan konfetlərin satılması barəsində foto paylaşılıb.

“Yeni Sabah” Unikal.org-a istinadən xəbər verir ki, "Xətai" metrosunun yaxınlığında, "Freshmart" supermarketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəlnib. 

Vətəndaş bununla bağlı mağazanın rəhbərliyinə irad tutub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. 

Lakin bir gün sonra vətəndaş yenə həmin mağazaya gedib. Dediyinə görə, həmin İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodları qoyulub. Lakin diqqətlə baxıldıqda aralarında hələ də erməni mallarını tapmaq olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!