Brilliant erməni müğənni ilə dialoqundan danışdı: “Musiqinin milliyəti yoxdur” - Video

Brilliant erməni müğənni ilə dialoqundan danışdı: “Musiqinin milliyəti yoxdur” - Video
Noy 15, 2019 10:20
Oxunma sayı: 173

Xalq artisti Brilliant Dadaşova İTV-də yayımlanan "3D" verlişinin qonağı olub. 

“Yeni Sabah” xəbər verir ki, aparıcı Dadaş Dadaşlinskinin “Tez-tez adınızı hallandırırlar ki, Brilliant Dadaşova hansısa erməni ifaçının musiqi paylaşımına şərh yazaraq, “super” adlandırıb. O da sizə “Çox sağ olun” deyib. Siz bunu, sadəcə, musiqi üzərindən qurulan dialoq kimi qiymətləndirirsiniz?” sualına cavabı maraqlı olub. 

Xalq artisti  “Əgər “Tərəkəməni”, “Uzundərəni”, “Vağzalı”nı kimsə ifa edirsə, mütləq şərh verməliyəm, bildirirəm ki, sən bizim musiqini ifa etdin. Əgər ifa yaxşıdırsa, bunu bildirirəm. Bundan sonra da kim bizim musiqimizi yaxşı çalarsa, ona “super” yazacağam. Yəni, onun milləti mənim üçün maraqlı deyil. Çünki burada söhbət musiqidən gedir”, – deyə bildirib. 

İfaçının bu sözləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. 

Həmin kadrları 13-cü dəqiqədən etibarən izləyə bilərsiniz:

 

Yenisabah.az