“Bu, razılaşma tam təslim olmaq deməkdir” - Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Bu, razılaşma tam təslim olmaq deməkdir” - Erməni politoloq

Siyasət

12 Noyabr 2020 01:58 3031


Bu, rüsvayçı razılaşmadır, bu, tam təslim olmaq deməkdir.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Moskovskiy komsomolets” qəzetinə müsahibəsində erməni politoloq Andranik Miqranyan Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanatı şərh edərkən deyib. O, Laçın dəhlizinin gediş-gəliş üçün saxlanması məsələsinə toxunaraq bildirib ki, dəhliz Ermənistanın nəzarəti altında qalmır. Razılaşmaya əsasən, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi elan olduğunu xatırladan politoloq qeyd edib ki, Kəlbəcər, Laçın, Şuşa, Ağdam da Azərbaycana qaytarılır, üstəlik, Qarabağ Hadrutu da itirib. “Hər yer qaytarılır. Rusiya sülhməramlıları Ermənistanla Qarabağı birləşdirən beş kilometrlik zolağa müvəqqəti olaraq nəzarət edəcəklər. Sonradan Şuşa kənarından yeni yol çəkiləcək, ancaq bu yol da de-yure Azərbaycanın tərkibində olacaq. Erməni tərəfinin nəzarətində heç nə qalmır - 5 kilometrlik zolaq, o da hüquqi cəhətdən Azərbaycanın ərazidir”, - deyə o bildirib.

Erməni politoloqu qeyd edib ki, imzalanan bəyanat razılaşma deyil, Ermənistanın total təslim olmasını əks etdirən aşağılayıcı sənəddir. Naxçıvana Ermənistandan keçən quru yolunun razılaşmaya daxil edilməsini isə politoloq “ümumiyyətlə fəlakət” adlandırıb.

Andranik Miqranyan Paşinyanın harada gizləndiyinin hələlik məlum olmadığını vurğulayıb. /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!