Bu şəxslərə pulsuz ev veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərə pulsuz ev veriləcək

Sosial

30 İyun 2026 09:14 179


Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.

Həyata keçirilən tədbirlərin davamı olaraq sözügedən kateqoriyaya aid şəxslərə Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və dörd ədəd birotaqlı mənzilin verilməsi nəzərdə tutulur. pizza mizza

Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına təxminən 2.6 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!