Cəbhədə atışma: erməni əsgəri öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə atışma: erməni əsgəri öldürüldü

Rəsmi

14 İyun 2019 06:28 2605


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində erməni əsgəri məhv edilib.

“Yeni Sabah” xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Qeyd olunur ki, dünən saat 17:05 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryanın meyiti aşkar edilib.

Onun qarşı tərəfdən aldığı güllə yarasından öldüyü bildirilir.

Qeyd edək ki, son bir neçə həftə ərzində cəbhə xəttində ciddi gərginlik müşahidə olunur. Ermənistan ordusu müntəzəm təxribatlara əl atır. Nəticədə Azərbaycan Ordusunun mayoru Aqil Ömərov və hərbçisi Elşən Xəlilov həlak olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!