Daha bir yüksək vəzifəli erməni hərbçisi məhv edilib -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Daha bir yüksək vəzifəli erməni hərbçisi məhv edilib - Foto

Hadisə

30 Oktyabr 2020 10:39 2208


Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Yenisabah.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!