Erməni deputat hökumətdən Su-30-ların hesabatını tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat hökumətdən Su-30-ların hesabatını tələb edir

Hadisə

18 Noyabr 2020 17:12 872


Ermənistan parlamentinin deputatları hələ müharibədən əvvəl “Su-30 SM” qırıcılarının döyüş hazırlığı məsələsini müzakirə edib.

Yenisabah.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Gevork Qorgisyan deyib.

O bildirib ki, o zaman deputatları həmin təyyarələr üçün raketlərin niyə alınmaması məsələsi maraqlandırmışdı.

Komissiyanın iclasında iştirak edən Müdafiə Nazirliyinin nümayəndələri yaxın zamanlarda qırıcılar üçün raketlərin alınmasının nəzərdə tutulduğunu demişdi. (Trend)

Qeyd edək ki, ötən ilin sonunda Ermənistan 4 “Su-30 SM” qırıcısı almışdı. Daha 8 qırıcının alınması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!