Erməni əsgərin ölüm səbəbi bəlli olub

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsgərin ölüm səbəbi bəlli olub

Rəsmi

21 May 2020 07:38 1013


Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisinin ölümünün səbəbi məlum olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, əsgər Henrix Aramyanın həlak olması faktı ilə əlaqədar onun hərbçi yoldaşı - kiçik çavuş O.D. saxlanılıb. Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, kiçik çavuş xuliqanlıq niyyəti ilə adam öldürməkdə şübhəli bilinərək tutulub.

İstintaq davam edir. Qeyd edək ki, hadisə ötən gün baş verib. 2000-ci il təvəllüdlü hərbçi H.Aramyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!