Erməni əsgərlər döyüşdən bu bəhanə ilə yayınır

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsgərlər döyüşdən bu bəhanə ilə yayınır

Rəsmi

24 Oktyabr 2020 23:35 1505


"Son 5 gündə Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb. 18 oktyabrda cəmi 766 nəfər yoluxmuşdusa, dünən bu rəqəm 2474, bu gün isə 2213 nəfər olub. Bəli, dünyanın çox yerində, o cümlədən bizdə də mövsümlə əlaqədar yoluxma sayı artıb, amma cəmi 2 milyon əhalisi olan Ermənistanda son 5 gündə 2000-lər civarında yoluxma halının olması maraqlıdır".

Yenisabah.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bəzi mənbələrdə qeyd olunur ki, Qarabağda ağır hərbi məğlubiyyətlə üzləşən, böyük itkilər verən Ermənistanda əhali artıq vuruşmaq istəmir:

"Ermənistanda rüşvətlə, ya tanışlıqla COVID-19 testini "pozitiv" yazdıraraq, azı 14 gün karantinə gedirlər ki, ordudan yayına bilsinlər. Testi "pozitiv" çıxanları orduya aparmırlar, bu ehtimalı gücləndirən daha bir fakt odur ki, son 5 gündə testi "pozitiv" çıxanların çoxu 20-55 yaş arası kişilərdir. Əgər belədirsə, deməli Ermənistan cəmiyyətinin müqaviməti sınıb, vuruşmaq istəmirlər. Doğru edirlər, zatən artıq hər şey bitib, tam qələbəyə az qalıb! Allah əsgərimizi və ordumuzu qorusun".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!