Erməni general xocalıları necə öldürməyindən danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni general xocalıları necə öldürməyindən danışdı - Video

Hadisə

12 Mart 2020 08:43 970


Sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcənəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb.

“Yeni Sabah” “Axar.az”a istinadla xəbər verir ki, arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb.

Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən özünün də bu gülləbaranda iştirak etməsi barədə bir neçə dəfə etiraf edib.

Mətbuat konfranslarından birində general Balasanyan Xocalıda törətdiyi cinayətləri boynuna alır:

“Həmin hadisələrin təşkilatçısı və icraçılarından biri mən olmuşam. İnsanlara güllə də atmışam. O vaxt bununla bağlı təhqiqat işi də açılmışdı. Xüsusi qrup da gəlmişdi”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!