Erməni hərbi əsir Paşinyanı söydü: “Hamısını Nikol etdi” -   Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni hərbi əsir Paşinyanı söydü: “Hamısını Nikol etdi” - Video

Hadisə

08 Oktyabr 2020 12:06 2715


Bu günlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Qarabağda əsir götürülən erməni hərbçilərin fotolarını paylaşmışdı.

Yenisabah.az "Xəzər Xəbər"-ə istinadla xəbər verir ki, "Musavat.com"a həmin əsirlərdən birinin videosu daxil olub. Erməni əsir videoda Ermənistanın baş naziri Nikol Paşinyanı ifşa edən sözlər deyir.

Həmin videonu və videoda erməninin söylədiklərinin qısa tərcüməsini təqdim edirik: "(Söyüş) Nə edib Nikol edib! Mən günahkaram, gəlmişdim 2 il xidmət edib ailəmə qayıdım. Nikol bu vəziyyətə gətirib çıxardıb. Deyirdi ki, döyüşəcəksiniz, yaxşı olacaq, ancaq özü qoydu qaçdı. Mən 18 yaşındayam. Cəbrayıl alayına gəlmişdim. Artilleriyaçıyam. Gəlmişdim ki, sizin kimi xidmət edəm. Gedib Ermənistan Martunisinə çatım. Atam anam məni gözləyir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!