Erməni keşiş Paşinyanı ifşa etdi: Döyüşən Türkiyə deyil...

saytların hazırlanması

Evə çatdırılma

Erməni keşiş Paşinyanı ifşa etdi: Döyüşən Türkiyə deyil...

Dünya

02 Oktyabr 2020 08:44 35278


Ermənistan Türkiyə ilə döyüşmür. Bunu erməni yepiskop Parq erməni mətbuatına açıqlamasında deyib.

Yepiskop bu cür iddiaları həddən artıq şişirdilmiş saydığını söyləyib:

“Hazırkı şəraitdə Ermənistanın Türkiyə ilə müharibə apardığını deməzdim. Bu, çox mübaliğəli çıxır. Türkiyənin bu müharibədə birbaşa iştirakına inanmıram. Türkiyənin bu müharibədə iştirak edib-etməməsi ilə bağlı baş sındıranlara isə demək istəyirəm ki, vaxt itirməsinlər. Qarşılarındakılarla mübarizə aparsınlar”.

Qeyd edək ki, Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Nikol Paşinyan hakimiyyəti növbəti yalana əl ataraq, guya döyüşdə Türkiyənin birbaşa iştirak etdiyini bildirməklə, maraqlı qüvvələrdən yardım almağa çalışır./Axar.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!