Erməni müğənninin Türkiyədə konsert keçirməyinə icazə vermədilər

saytların hazırlanması

Evə çatdırılma

Erməni müğənninin Türkiyədə konsert keçirməyinə icazə vermədilər

Şou

28 İyul 2020 14:48 1065


Erməni müğənni Levon Toposyanın Türkiyədə keçirilməsi planlaşdırılan konserti ləğv olunub.

Yenisabah.az xəbər verir ki, tədbir iyulun 24-də Eskişehirdə yerləşən "Mühtəlif" restoranında planlaşdırılıb. Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, məsələdən xəbər tutan kimi məkanın rəhbərliyi ilə əlaqə yaradıb.

Axşam.az yazır ki, restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, Azərbaycan tərəfinin şəhid verdiyini, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, ermənilərin ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib.

Bundan sonra restoranın erməni müğənni ilə imzaladığı müqavilə ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!