Ermənistanın Səhiyyə naziri Arsen Torosyan şəxsi avtomobili ilə 10 yaşlı uşağı vurub.
Yenisabah.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə iyunun 13-də “Saxarov” meydanından “Vardanants” küçəsinə dönərkən baş verib. Bu barədə o, öz şəxsi “Facebook” hesabından məlumat verib.
O, qeyd edib ki, “Mən şəxsən özüm onu xəstəxanaya çatdırdım, uşaq lazım olan bütün müayinələrdən keçib. Sağ dirsəyi yaralanıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur”.
Nazir bildirib ki, hazırda qəza ilə bağlı polis məlumatlandırılıb. /Avtosfer.az
Telegram kanalımız