Bratislavada ATƏT-in Nazirlər Konfransında çıxışı zamanı Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının əsası “Qarabağ xalqının” Azərbaycanın yurisdiksiyasından kənarda öz müqəddəratını təyinetmə hüququnun tanınması olmalıdır.
“Yeni Sabah” bildirir ki, danışıqlar prosesinin uzadılmasında maraqlı olan erməni tərəfi yeni də analoji taktikalardan istifadə edib. Ermıni nazir bildirib:
“Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ sülh yolu ilə tənzimlənmənin fundamental prinsipi və əsasıdır. Bu prinsipin tanınması Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin məhdudlaşdırıla bilməyəcəyini və birmənalı olaraq qəbul edilməli olduğunu nəzərdə tutur. “Məhdudiyyətsiz” termini Qarabağ xalqının Azərbaycanın yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyündən kənarda öz statusuna qərar vermək hüququnu göstərir”.
Ermənistan tərəfinin belə bir mövqe nümayiş etdirməsinin ənənvi səbəbləri ilə yanaşı, son proseslərin də təsiri olmamış deyil. Onları nəzərdən keçirək.
Əvvəla Ermənistan ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası və Azərbaycanla Ermənistanın Xarici İşlər nazirlərinin görüşündən əvvəl rəsmi Bakı əslində Azərbaycan tərəfinin rəsmi mövqeyini əks etdirən bir sənəd yaydığına görə qıcıqlanır.
Digər tərəfdən Yerevanda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıdakı Azərbaycan və erməni iclamalarının Dağlıq Qarabağın statusunu birgə müəyyən etməsinin vacibliyinə dair bəyanatından narazıdırlar. “Qondarma “DQR” prezidentinin mətbuat katibi David Babayanın icmalararası dialoqun erməni tərəfi üçün tamamilə qəbuledilməz olması və heç vaxt buna getməyəcəyi ilə bağlı bəyanatı buna sübutdur.
Başqa bir məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Njde məsələsindəki mükəmməl mövqeyi ehtimal olunur. Bunun nəticəsi olaraq Paşinyan və onun hakimiyyəti harada gizlənəcəyini bilmir. Armavirdə sökülmüş xatirə lövhəsi bir tərəfdən, digər tərəfdən Njdenin Yerevandakı abidəsinin sökülməsi ilə bağlı təzyiqlər, faktiki olaraq Ermənistanın bu istiqamətdə ideoloji məğlubiyyətidir. Bunun üçün də Ermənistan tərəfi Bratislavada XİN rəhbərlərinin ikitərəfli görüşündən sonra sərt ritorika ilə Qarabağ mövzusunda əvəz çıxmaq qərarına gəlib.
Daha bir amil ATƏT Minsk Qrupu həmsədrlərinin himayəçiliyi ilə keçirilən Məmmədyarov-Mnatsakanyan görüşünün yekunlarına dair vasitəçilərin yaydığı “Azərbaycan-Ermənistan bəynəlxalq sərhədləri və cəbhə xəttində zorakılıq səviyyəsinin aşağı olması” bəyanatı fonunda Ermənistan tərəfinin mövqeyi gərginliyin artmasına xidmət edir.
Sonuncu olaraq Mnatsakanyanın bəyanatı həmçinin vasitəçilərin Qarabağla bağlı münaqişənin ədalətli və davamlı şəkildə nizamlanmasının, o cümlədən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmasının vacibliyinə dair mövqeyinə ziddir. Bu ziddiyyəti əsaslandırmaq üçün dahi olmağa gərək yoxdur.
Telegram kanalımız