Erməni separatçılarının “lideri” Murova qalxdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Erməni separatçılarının “lideri” Murova qalxdı - Fotolar

Rəsmi

20 İyul 2020 08:50 6349


Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında yaradılan qondarma separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyan iyulun 18-dən 19-a keçən gecə Kəlbəcər rayonu ərazisindəki Murovdağın ən yüksək zirvəsi olan Gamışdağa(3724 m) qalxıb.

Erməni saytlarında və sosial şəbəkələrdə yayılmış bu haylı-küylü məlumata görə, separatçı lider bütün gecəni ermənilərin  Qarabağdakı ən uca dağımızda qurduğu  postlarda keçirib.

Bu barədə separatçı rejimin rəhbərinin mətbuat katibi Vaqram Poqosyan öz “Facebook” səhifəsində yazıb.

"Müdafiə Ordusu istər quruda, istərsə də havada vəziyyəti tam nəzarətdə saxlamaqda davam edir" -deyib V.Poqosyan. /Moderator

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!