Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - Rəsmi

Rəsmi

18 Oktyabr 2020 14:33 997


“27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

Yenisabah.az bildirir ki, Tərtər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə, rayonda düşmən təxribatı nəticəsində 118 ev tamamilə dağıdılıb, 646 evə ziyan dəyib:

“64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağıdılıb. Eyni zamanda, 50 yardımçı tikiliyə, 19 sosial obyektə, səkkiz istehsal obyektinə, 44 ticarət obyektinə ziyan dəyib”.

“Həmçinin, 18 inzibati bina zərər çəkib”, - deyə RİH-dən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!