Erməni vandalizmi xarici mediada -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Erməni vandalizmi xarici mediada - Fotolar

Hadisə

15 Noyabr 2020 13:21 585


Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə də təcavüzkar tərəfin məğlubiyyət öhdəliklərinə münasibəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş şəkildə işıqlandırılmaqda davam edir.

Yenisabah.az xəbər verir ki, Ermənistanın işğalçılıq siyasəti əsasında Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilərin rayonu tərk edərkən zəbt etdikləri evləri və meşələri yandırması KİV-lər tərəfindən insanlığa yaraşmayan vəhşilik kimi dəyərləndirilir. Vurğulanır ki, bu torpaqlar və evlər ermənilərə məxsus olmadığından və onlar geri qayıda bilməyəcəklərini dərk etdiklərindən Azərbaycana qarşı sonuncu düşmənçilik imkanlarını bu yolla həyata keçirirlər. Baş verənlər təcavüzkar Ermənistanın hərbi-siyasi məğlubiyyətini həzm edə bilməməsinin nəticəsi olmaqla bərabər, insanlıq cinayəti və ekoloji terrordur. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!