İran müharibəsi ABŞ-yə bu məbləğə başa gəlib

saytların hazırlanması

Evə çatdırılma

İran müharibəsi ABŞ-yə bu məbləğə başa gəlib

Dünya

30 Aprel 2026 11:36 104


ABŞ-nin İrana qarşı apardığı müharibə indiyədək 25 milyard dollara başa gəlib.

“Yeni Sabah” “Reuters”ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Müharibə Nazirliyinin (Pentaqon) maliyyə məsələlərinə cavabdeh rəsmisi Kuls Hörst bildirib.

Bu, münaqişənin ilk rəsmi maliyyə qiymətləndirilməsi hesab olunur.

K.Hörst deyib ki, xərclərin böyük hissəsi sursatlara gedib. Lakin bu rəqəmə Yaxın Şərqdə zədələnmiş hərbi bazaların bərpasının daxil olub-olmadığı məlum deyil.

25 milyard dollar ABŞ-nin cari ildə NASA büdcəsinə bərabərdir. Bununla belə, bu məbləğin necə hesablandığı da açıqlanmayıb. Daha əvvəl mənbələr müharibənin ilk 6 gününün 11,3 milyard dollara başa gəldiyini bildirmişdi.

ABŞ-nin müharibə naziri Pit Hegset deyib ki, bu xərclər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə əsaslandırılır.

Qeyd edək ki, ABŞ fevralın 28-dən İrana zərbələr endirməyə başlayıb və hazırda tərəflər kövrək atəşkəs rejimini qoruyur. Regiona əlavə minlərlə hərbçi göndərilib və 3 aviadaşıyıcı yerləşdirilib.

Münaqişə nəticəsində 13 ABŞ əsgəri həlak olub, yüzlərlə yaralanıb.

Sorğulara əsasən, amerikalıların yalnız 34 faizi bu müharibəni dəstəkləyir və bu göstərici getdikcə azalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!