Meyvə satan azərbaycanlını döyən erməni məmur işdən çıxarıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Meyvə satan azərbaycanlını döyən erməni məmur işdən çıxarıldı - Video

Siyasət

19 Avqust 2020 17:40 1808


Moskva şəhərində meyvə satan azərbaycanlıya qarşı xuliqanlıq edən və söyən erməni məmur cəzalandırılıb.

Yenisabah.az bildirir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlı vəkillər Suriyə Rzayeva və Nərmin Ağasıyevaya müraciət edib: “Onlar tərəfindən dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı və Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandı, işdən azad olundu.

Hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!