Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol"un (Qazaxıstan) yeni baş məşqçisi məlum olub.
"Yeni Sabah" klubun rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisini erməni baş məşqçi Qriqori Babayan çalışdıracaq. Müqavilənin detalları barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Babayan bundan əvvəl "Astana"da "Qəbələ"nin sabiq çalışdırıcısı Roman Qriqorçukun köməkçisi işləyib.
Telegram kanalımız